Beynəlxalq donorlar

  • Yenilənib 27.08.2020 10:55
  • Yaradılıb 01.10.2012 13:15

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı

 

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) 1965-ci ildə BMT-nin Texniki Yardım üzrə Genişlənmə Proqramı və BMT-nin Xüsusi Fondunun birləşməsi əsasında yaradılmışdır. Baş Ofisi Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşir. Rəhbəri 19 iyun 2017-ci ildən etibarən Axim Şteynerdir. UNDP dünyanın 177 ölkəsində fəaliyyət göstərir.

UNDP 1992-ci ildən etibarən Azərbaycan Respublikasında fəaliyyət göstərir və BMT-yə üzvlükdən sonra ölkədə fəaliyyətə başlayan ilk BMT qurumudur. Azərbaycan üzrə Rezident Nümayəndə Qulam İsakzaidir.

Hazırda UNDP-nin ölkəmizdə əsas fəaliyyəti dayanıqlı iqtisadi inkişaf və layiqli məşğulluq, insan kapitalının gücləndirilməsi, ətraf mühit üzrə idarəçilik, habelə təbii fəlakətlər və fövqəladə hallara qarşı dayanıqlılıq sahələrini əhatə edir. Qeyd olunan sahələrdə təşkilat tərəfindən hazırda 18 layihə icra olunur. Ümumiyyətlə, təşkilat tərəfindən layihələr 12 iyul 2016-cı il tarixində Azərbaycan Hökuməti ilə imzalanmış və 2016-2020-ci illəri əhatə edən “BMT- Azərbaycan Tərəfdaşlıq Çərçivəsi” sənədinə (UNAPF) uyğun olaraq həyata keçirilir. UNAPF BMT-nin Davamlı İnkişaf Məqsədləri və “Azərbaycan-2020 Gələcəyə Baxış” inkişaf konsepsiyası sənədində göstərilən milli prioritet və hədəflər əsasında tərtib edilmişdir. UNAPF-nin üç istiqamət üzrə Nəticə Qrupları təsis edilmiş, hər bir işçi qrupu üzrə milli prioritetlər müəyyənləşdirilmiş, qrupların dövlət qurumları üzrə tərkibi müəyyən edilmiş və strateji prioritet istiqamətləri təsdiq edilmişdir.

 

UNDP tərəfindən Azərbaycanda həyata keçirilən layihələr:

1

Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı

Benefisiar: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

Müddəti: 2015-2021

(Aİ), (USAID), (UNDP), (Koka-Kola Fondu) (SDC, ADA, Avstriya İnkişaf Agentliyi)

2

Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı

Benefisiar: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Müddəti: 2016-2022

(USAID)

3

Azərbaycan Respublikası ərazilərinin minalardan təmizlənməsi

Benefisiar: Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

Müddəti: mütəmadi

(Azərbaycan Hökuməti)

 

4

Azərbaycan Respublikasında İKT infrastrukturunun və İKT xidmətlərinin davamlılığının və səmərəliliyinin modernləşdirilməsi

Benefisiar: Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Müddəti: 2013-2020

(Azərbaycan Hökuməti), (UNDP)

5

Qlobal əhəmiууətli аqrоbiоlоji müxtəlifliyin qorunması və davamlı istifadəsi

Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi
Müddəti: 2017-2021

(Qlobal Ekologiya Fondu-GEF), (UNDP)

6

Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları (MFP-lər)

Benefisiar: Dövlət Neft Şirkəti

Müddəti: 2015-2020

(GEF), (UNDP)

7

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Kovensiyasına (BMTİDÇK) Dördüncü Milli Məlumatın və İkiillik Hesabatın hazırlamasına texniki yardım

Benefisiar: Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Müddəti: 2017-2020

(GEF), (UNDP), (Azərbaycan Hökuməti)

8

Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək

Benefisiar: Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “ABAD” publik hüquqi şəxs

Müddəti: 2017-2020

(Aİ) (UNDP) (Azərbaycan Hökuməti)

9

Ölkədə tibbi təchizat sisteminin gücləndirilməsində Səhiyyə Nazirliyinə dəstək

Benefisiar: Səhiyyə Nazirliyi

Müddəti: 2018-2020

10

“Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” qrantı çərçivəsində Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək və Lənkəran İqtisadi rayonunda Regional Model Peşə Təhsili Mərkəzinin yaradılmasına dəstək layihələri

Benefisiar: Təhsil Nazirliyi

Müddət: 2017-2020

(UNDP) (Aİ)

11

Ənənəvi İncəsənət vasitəsilə İnklüziv Təhsilin Təşviqi

Benefisiar: İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi

Müddəti:2018-2021

(UNDP) (Aİ)

12

Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını təmin etmək üçün yeni əsasların yaradılması

Benefisiar: Gənclər və İdman Nazirliyi

Müddəti: 2018-2020

(UNDP) (GİN)

13

Genderə-həssas dayanıqlı İnkişaf məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması

Benefisiar: Vətəndaş cəmiyyəti təşkilatları, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

Müddəti: 2018-2020

(UNDP) (Aİ)

14

Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması

Benefisiar: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Müddəti: 2019-2024

(UNDP), (Azərbaycan Hökuməti)

15

Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi

Benefisiar: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Müddəti: 2019-2021

(Azərbaycan Hökuməti), (UNDP), (UNFPA)

16

Dayanıqlı inkişaf məqsədlərinə dair milli strategiyanın həyata keçirilməsinə dəstək

Benefisiar: Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası

Müddəti: 2018-2020

17

Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü Sərhəd-Keçid Məntəqəsinin inkişafına dəstək

Benefisiar: Dövlət Gömrük Komitəsi

Müddəti: 2016-2020

(UNDP), (Azərbaycan Hökuməti)

18

Avropa İttifaqının İqlimə dəstək Proqramı

Benefisiar: Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Müddəti: 2019-2022

← Geriyə