Xəbərlər

  • Yenilənib 12.03.2021 12:29
  • Yaradılıb 06.03.2021 14:00

“Tvoy dom” hipermarketində Azərbaycan məhsulları stendi açılıb

 

Moskvada “Crocus City” ticarət mərkəzində yerləşən “Tvoy dom” hipermarketində “Azərbaycan nemətləri” stendinin açılışı olub. Bu, hipermarket şəbəkəsində yaradılan üçüncü stenddir.

Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev ticarət şəbəkələrində belə stendlərin açılmasının Azərbaycan məhsullarına marağın artmasına, ixrac imkanlarının genişlənməsinə xidmət etdiyini vurğulayıb.

Qeyd edək ki, “Azərbaycan nemətləri” layihəsi Azərbaycan ixracatçılarının dəstəklənməsi və “Made in Azerbaijan” brendli məhsulların Rusiya bazarında təşviqi məqsədilə ölkəmizin Rusiyadakı Ticarət nümayəndəliyi tərəfindən reallaşdırılan “Azərbaycan Ticarət Evi” konsepsiyasının tərkib hissəsidir.

← Geriyə