Xəbərlər

  • Yenilənib 09.09.2021 16:08
  • Yaradılıb 06.09.2021 15:30

TDƏŞ-ə üzv ölkələrin iqtisadiyyat nazirlərinin görüşü keçiriləcək

 

Sentyabrın 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçiriləcək.

Tədbir çərçivəsində türkdilli ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək, Türk Şurasının 2-ci Biznes mükafatının təqdimetmə mərasimi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına həsr edilmiş Biznes Forum təşkil olunacaq.

← Geriyə