Xəbərlər

  • Yenilənib 05.08.2021 15:00
  • Yaradılıb 03.08.2021 17:00

Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzi tələbə qəbulu elan edir

 

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzi 2021/2022-ci tədris ili üçün aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu elan edir:

- Torna və frezer dəzgahların operatoru;
- Proqramla idarə olunan dəzgahların operatoru;
- Sənayedə quraşdırma işləri üzrə usta;

- Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru;
- Avtomatika üzrə usta;
- Bitkiçilik mütəxəssisi;
- Aqroservis mütəxəssisi;
- İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı;

- Veb dizayner və proqram təminatçısı;

- Qrafik dizayner.

Təhsil müddəti 1 ildir. Qəbul müsahibə yolu ilə həyata keçiriləcəkdir. Müsahibədə tam orta təhsilli şəxslər iştirak edə bilərlər.

İlkin müraciətlər Peşə Təhsil Mərkəzinin Elektron müraciət sistemi (https://bit.ly/37f2OCq)  vasitəsilə aparılır.

Əlavə məlumat üçün:
Telefon: (051) 205-97-54; (051) 205-43-82
E-poçt: ptm@scip.az

← Geriyə