Xəbərlər

  • Yenilənib 01.09.2021 17:55
  • Yaradılıb 01.09.2021 16:30

 “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzi boş qalan yerlərə tələbə qəbulu elan edir

 

Sentyabr ayının 2-dən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzinin “Torna və frezer dəzgahlarının operatoru”, “Sənayedə quraşdırma işləri üzrə usta”, “Proqramla idarə olunan dəzgahların operatoru”, “Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru”, “Avtomatika üzrə usta”, “Bitkiçilik mütəxəssisi”, “Aqroservis mütəxəssisi”, “İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı”, “Veb dizayner və proqram təminatçısı”, “Qrafik dizayner” ixtisaslarına boş qalan yerlər üzrə tələbə qəbulunun II mərhələsinə start verilir.

Sənəd qəbulu 6 sentyabr saat 23:59-dək davam edəcək və qeydiyyat “portal.edu.az” platforması üzərindən ödənişsiz qaydada həyata keçiriləcək.

Müsabiqədə tam orta təhsilli şəxslər iştirak edə bilər.

Qeyd edək ki, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzi Sənaye Parkının ərazisində yaradılmış ilk təhsil müəssisəsidir. Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş Mərkəzdə tələbələrin keyfiyyətli təhsil alması üçün hər cür şərait yaradılıb. Mərkəzin təhsil proqramı beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb və dərslər təcrübəli müəllimlər tərəfindən tədris edilir. Həmçinin praktiki dərslərin təşkili məqsədilə mərkəzdə təlim avadanlıqları stendləri quraşdırılıb.

Tələbələrin ixtisas fənləri üzrə dərslərinin 80 faizi Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində keçirilir.

 

Əlavə məlumat üçün:

Telefon: (051) 205-97-54; (051) 205-43-82

E-poçt: ptm@scip.az

Veb-sayt: www.ptm.scip.az

 

← Geriyə