Xəbərlər

  • Yaradılıb 07.01.2019 12:55
  • Yenilənib 07.01.2019 17:20
  • Nəşr edilib 07.01.2019 13:00

Stolüstü tennisçilərimiz 2019-cu ilə medallarla başladılar

       Macarıstanın paytaxtı Budapeşt şəhərində yeniyetmələr arasında stolüstü tennis üzrə beynəlxalq turnir keçirilib.

       2006-cı il və daha az yaşlılar arasında keçirilən komanda yarışlarında 12 ölkədən qızlardan ibarət 31, oğlanlardan ibarət isə 45 komanda iştirak edib. Stolüstü tennisçilərimiz Arzu Aslanova, Mərziyə Nürmətova və Aysu Ağayevanın daxil olduğu komandamız 3-cü yeri tutaraq bürünc medal qazanıb.

      Şəxsi yarışlarda stolüstü tennisçimiz Arzu Aslanova 2-ci yeri tutaraq gümüş medala layiq görülüb.

       

← Geriyə