Xəbərlər

  • Yenilənib 03.09.2021 09:46
  • Yaradılıb 01.09.2021 11:10

SKSP-nin rezidenti tikinti işlərini başa çatdırıb

 

Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti “Universal Packing Industry” QSC–nin “Qablaşdırma məhsullarının istehsalı” müəssisəsində tikinti işləri yekunlaşıb və hazırda avadanlıqların quraşdırılması işləri görülür. Müəssisənin 2021-ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılır.

İnvestisiya dəyəri 2,5 milyon ABŞ dolları olan zavodda ilkin mərhələdə 50 nəfər daimi işlə təmin ediləcək. Növbəti mərhələdə isə işçi sayının 80 nəfərə çatdırılması nəzərdə tutulur.

“Qablaşdırma məhsullarının istehsalı” müəssisəsində Tayvan və digər ölkələrin qabaqcıl texnologiyalarından istifadə edilməklə, iki istehsal xətti üzrə qofre (üçqat) karton, zərf və fayllar istehsal ediləcək. Şirkət həmçinin, Azərbaycanda ilk dəfə olaraq incə dalğalı kartonların da istehsalını həyata keçirəcək.

Zavodun məhsulları daxili tələbatı ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac ediləcək.

← Geriyə