Xəbərlər

  • Yaradılıb 08.02.2019 17:14
  • Yenilənib 08.02.2019 17:14
  • Nəşr edilib 08.02.2019 17:10

SKSP-də Bakı  Mühəndislik Universiteti ilə görüş keçirilib

 

Sumqayıt Kimya Sənaye Parkında yaradılan şərait, istehsal müəssisələri ilə tanışlıq, tələbələrin təcrübə proqramlarına cəlb edilməsi imkanlarının araşdırılması və gələcək əməkdaşlıq imkanlarının müzakirə edilməsi məqsədilə Bakı Mühəndislik Universiteti ilə  “Sumqayıt Kimya Sənaye Parkı” MMC arasında görüş keçirilib.

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov Sumqayıt Kimya Sənaye Parkında görülən işlər, aparılan ekoloji normallaşdırma tədbirləri və parkda yerləşən müəssisələr barədə məlumat verib. Bildirilib ki, ümumi sahəsi 508 hektar olan Sumqayıt Kimya Sənaye Parkının hazırda 18 rezidenti qeydiyyata alınıb və bunlardanda 13-ü artıq istehsal fəaliyyətinə başlayıb. Daha 4 müəssisənin isə 2019-cu il ərzində istifadəyə verilməsi nəzərdə tutulub. Sumqayıt Kimya Sənaye Parkında SOCAR Polymer, Karbamid zavodu, STP, polad boru, vərəqə şüşə istehlası zavodları kimi ölkə miqyaslı iri layihələr icra edilir və hazırda sənaye parkında təqribən 6 min nəfər işlər təmin olunub. Qeyd edilib ki, Sumqayıt Kimya Sənaye Parkı ilə elm və təhsil müəssiələri arasında əməkdaşlığa böyük önəm verilir. Xüsusilə Bakı Mühəndislik Universitetində müxtəlif mühəndislik ixtisasları üzrə tədris aparıldığını nəzərə alaraq, sənaye parkında fəaliyyət göstərən istehsalat müəssisələri ilə Universitetin arasında əməkdaşlıq üçün münbit şərait mövcuddur.

Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov bildirib ki, Bakı Mühəndislik Universitetində ümumi iqtisadi ixtisaslarla yanaşı, kimya mühəndisliyi, memarlıq və inşaat mühəndisliyi, kompüter və informasiya texnologiyaları, sənayenin təşkili və idarə olunması, mexanika mühəndisliyi və digər bu kimi ixtisaslar üzrə kafedralar fəaliyyət göstərir. Tələbələr Azərbaycan dili ilə yanaşı, xarici dillərdə təhsil alırlar. Tələbələrin istehsalat təcrübəsi keçməsi və gələcəkdə müvafiq işlə təmin edilməsi Universitet qarşısında dayanan əsas məsələlərdən biridir. Bu baxımdan, Sumqayıt Kimya Sənaye Parkı ilə əməkdaşlığın yeni imkanlar yaratdığını bildirən rektor, bu istiqamətdə işlərin bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb.

Sonra qonaqlar sənaye parkının ərazisində aparılan tikinti işləri, parkın ilk rezidenti olan “Azertexnolayn” MMC-nin polad boru və hidrotexniki avadanlıqların istehsalı zavodları, eləcə də müəsisənin laboratoriya otağı ilə yaxından tanış olublar. Diqqətə çatdırılıb ki, “Azertexnolayn”ın zavodlarında polad və polietilen boru, mexaniki və hidrotexniki avadanlıqlar istehsal edir və istehsal olunan məhsulların əksəriyyəti ixrac olunur. Müəssisədə 750 nəfər işlə təmin olunub.

Görüş çərçivəsində universitetin tələbələrinin Sumqayıt Kimya Sənaye Parkına səfərlərinin təşkilinə, sənaye parkının Peşə Tədris Mərkəzi ilə əməkdaşlığın, parkda fəaliyyət göstərən müəssisələrin praktik baza kimi istifadə olunmaqla birgə elmi tədqiqatların həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

← Geriyə