Xəbərlər

  • Yenilənib 19.08.2021 14:29
  • Yaradılıb 17.08.2021 19:05

Sahibkarlara “Startap” şəhadətnaməsi verilib
 

Daha 3 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. Bunlar “Kibrit.Tech” MMC-nin çağrı mərkəzlərinin işinin təşkili və idarə edilməsi üçün “Orangeline” proqram tətbiqi, “Profam” MMC-nin sığorta xidmətlərini vahid ünvandan təqdim edən “www.insure.az” layihəsi və “Unibroad” MMC-nin eyni adlı xaricdə təhsil almaq istəyənlər üçün onlayn platformasıdır.

Qeyd edək ki, KOB subyektləri “Startap” şəhadətnaməsini aldıqları tarixdən müvafiq layihələrdən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad olunur.

Mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi almaq üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər. İndiyədək KOBİA tərəfindən 10 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. “Startap” şəhadətnaməsini almaq üçün müvafiq meyarlar, müraciət üçün ərizə forması və lazım olan sənədlərlə bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

← Geriyə