Xəbərlər

  • Yenilənib 27.08.2021 16:24
  • Yaradılıb 27.08.2021 16:00

Rusiya iş adamları ilə ixracın genişləndirilməsi müzakirə edilib

 

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Ticarət nümayəndəliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Rusiyanın Krasnodar diyarında fəaliyyət göstərən qida məhsulları və qablaşdırma vasitələri istehsal edən şirkətlərin nümayəndələri Azərbaycana işgüzar səfər edib.

Səfər çərçivəsində rusiyalı iş adamları və yerli şirkətlərin rəhbərləri arasında görüşlər keçirilib, Azərbaycan məhsullarının Rusiyaya ixracı və birgə fəaliyyət haqqında müzakirələr aparılıb.

← Geriyə