Sahibkarlığa dəstək

  • Yenilənib 19.08.2020 11:33
  • Yaradılıb 25.09.2012 08:03

Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2015-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın 1.3-cü bəndinə əsasən qrant müqavilələrinin (qərarlarının) qeydə alınması kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. İqtisadiyyat Nazirliyinin “economy.gov.az” rəsmi informasiya ehtiyatında qrant müqavilələrinin (qərarlarının) qeydə alınması ilə bağlı elektron xidmət (https://e-services.economy.gov.az/qrantlar/qrantForm.aspx) fəaliyyət göstərir. İstifadəçilər həmin xidmət vasitəsilə qrant müqavilələrinin (qərarlarının) qeydə alınması ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

“Qrant haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq İqtisadiyyat Nazirliyi tərəfindən 2019-cu ildə 20 qrant müqaviləsi və 1 qrant verilməsi barədə qərar, 2020-ci ilin birinci yarısında isə 18 qrant müqaviləsi (o cümlədən 2 sub-qrant müqaviləsi və 9 müqavilədə dəyişiklik) qeydə alınmışdır.
Ayrılacaq qrant vəsaitinin təhsil, innovasiya, kənd təsərrüfatı, qida sənayesi və digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulmuşdur.

← Geriyə