2012-ci il üzrə qeyri-neft sənayesinin inkişafı barədə
2012-ci ildə ölkənin qeyri-neft sektorunda 28474.9 milyon manatlıq əlavə dəyər yaradılmış və ümumilikdə onun 56.5%-dən çoxu sosial və digər xidmətlər, ticarət, nəqliyyat vasitələrinin təmiri və tikinti sahələrinin payına düşmüşdür.
Qrafik 1. Qeyri-neft sektorunda yaradılmış əlavə dəyərin sahələr üzrə bölgüsü
2012-ci ildə ölkə iqtisadiyyatının qeyri-neft sektorunda yaradılan əlavə dəyər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9.7% çox olmuşdur. Qeyri-neft sektorunda yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi əvvəlki ilin müvafiq dövrünə nisbətən 3.9 faiz bəndi artaraq 52.7% təşkil etmişdir.
Cədvəl 1. Qeyri-neft sektorunda əlavə dəyərin artım tempi
Yanvar-Dekabr 2012 |
əvvəlki ilin müvafiq dövründə |
||
Qeyri-neft sektoru |
% |
109.7 |
109,4 |
Kənd, meşə və balıqçılıq təsərrüfatları |
% |
105.8 |
105.8 |
Tikinti |
% |
118.0 |
120.0 |
Ticarət; nəqliyyat vasitələrinin təmiri |
% |
109.6 |
110.2 |
Nəqliyyat və anbar təsərrüfatı |
% |
105.0 |
99.2 |
Turistlərin yerləşdirilməsi və ictimai iaşə |
% |
118.8 |
122.6 |
İnformasiya və rabitə |
% |
115.9 |
111.8 |
Sosial və digər xidmətlər |
% |
105.4 |
105.7 |
Qeyri-neft sektorunun əksər sahələrində (informasiya və rabitə sahəsi istisna olmaqla) əlavə dəyər istehsalının artım tempi əvvəlki ilin müvafiq dövrünə nisbətən aşağı olmuşdur.Qeyd olunan dövrdə qeyri-neft sənayesində yaradılmış əlavə dəyərin xüsusi çəkisinin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artması (Cədvəl 2) nəticəsində hesablamalara görə, 2012-ci ildə qeyri-neft sektorunda yaradılmış əlavə dəyərdə qeyri-neft sənayesində yaradılmış əlavə dəyərin xüsusi çəkisi əvvəlki ilin müvafiq dövrünə nisbətən 0.2 faiz bəndi artmışdır.
2012-ci ildə qeyri-neft sənayesində 6510.4 milyon manatlıq məhsul istehsal edilmiş və bu ölkə üzrə bütün sənaye məhsullarının 19.2%-ni təşkil etməklə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə onun payı 2.5 faiz bəndi artmışdır. Qeyri-neft sənayesinin məhsul istehsalında emal sənayesinin xüsusi çəkisi 68.2%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının payı 26.4%, su təchizatı, tullantıların təmizlənməsinin payı 2.9%, mədənçıxarma sənayesinin payı isə 2.5% təşkil etmişdir.
2011-ci illə müqayisədə hesablamalara görə cari ildə qeyri-neft sənayesində emal sənayesinin xüsusi çəkisi 0.9 faiz bəndi artmışdır.
Ötən il ərzində məhsul istehsalı qeyri-neft emal sənayesinin 16 bölməsində, o cümlədən qida məhsulları istehsalında (2.7%), toxuculuq sənayesində (61%), rezin və plastmas məhsulları istehsalında (2.3 dəfə), tikinti materiallarının istehsalında (16.9%), metallurgiya sənayesində (17.1%), hazır metal məmulatlarının istehsalında (48.6%), kompüter və digər elektron avadanlıqların istehsalında (8 dəfə), elektrik avadanlıqlarının istehsalında (76.9%), mebel istehsalında isə (2.3 dəfə), maşın və avadanlıların quraşdırılması və təmiri sahəsində (40.1%) artmışdır.
Hesablamalara görə, 2012-ci ildə qeyri-neft sənayesində əlavə dəyərin xüsusi çəkisi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz bəndi artmışdır.
Cədvəl 2. Qeyri-neft sənayesinin ümumi buraxılışı və yaradılmış əlavə dəyər
Yanvar-dekabr |
Yanvar-dekabr |
|
ümumi buraxılış |
5805.9 |
6510.4 |
əlavə dəyər |
2181.1 |
2509.5 |
xüsusi çəki, % |
37.5 |
38.5 |