Xəbərlər

  • Yenilənib 24.02.2021 11:45
  • Yaradılıb 22.02.2021 16:00

Qazaxda yeni mebel istehsalı müəssisəsi yaradılıb

 

Hazırda müəssisədə avadanıqlar quraşdırılılır

 

Azərbaycandakı əlverişli biznes və investisiya mühiti digər sənaye sahələri ilə yanaşı, mebel sənayesinin inkişafı üçün də geniş imkanlar yaradır, yeni mebel istehsalı müəssisələri açılır.

Belə müəssisələrdən biri Qazax rayonunda “Saloğlu” Fərdi Firmasının mebel istehsalı fabrikidir. İldə 30 min dəst mebel istehsalı gücündə olacaq müəssisədə 400 yeni iş yeri açılacaq.

Ümumi investisiya dəyəri 76,1 mln. manat olan müəssisəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib. Bundan başqa, fabrikə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 10 mln. manat güzəştli kredit verilib.

Mebel istehsalı müəssisəsinin bu ilin I rübü ərzində istifadəyə verilməsi nəzərdə tutulur.

← Geriyə