Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncamlar

  • Yenilənib 04.05.2018 15:20
  • Yaradılıb 09.03.2018 18:55

Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsil infrastrukturunun yenidən qurulması məqsədi ilə qərara alıram:

1. Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında cəmi 956 şagird yerlik modul tipli 15 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 056 000 (beş milyon əlli altı min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 mart 2018-ci il.

 

 

Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

 

Azərbaycan Respublikası Prezidentinin

2018-ci il 9 mart tarixli Sərəncamına
Əlavə

Sıra  №-si

Təhsil müəssisələrinin adları

Ayrılan vəsait

1

Oğuz rayonu Baş Daşağıl kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

425 000

2

Oğuz rayonu Mollalı kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

425 000

3

Oğuz rayonu Xaçmazqışlaq kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

425 000

4

Şəki rayonu Aşağı Daşağıl kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

425 000

5

Şəki rayonu Daşbulaq kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

390 000

6

Şəki rayonu Öyrət kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

315 000

7

Şəki rayonu Yeni Göynük kənd  40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

8

Şəki rayonu Çapağan kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

9

Qəbələ rayonu Qaradeyn kənd 80 şagird yerlik modul tipli   tam orta məktəbin quraşdırılması

390 000

10

Qəbələ rayonu Şəfli kənd 20  şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

230 000

11

Qəbələ rayonu Laza kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

390 000

12

Qəbələ rayonu Zərgərli kənd 56 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

216 000

13

Qax rayonu Çinarlı kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

14

Qax rayonu Fıstıqlı kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

15

Qax rayonu Aşağı Malax kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

 

Cəmi

5 056 000

 

← Geriyə