Xarici ticarət 2017

  • Yaradılıb 20.05.2017 15:24
  • Yenilənib 04.12.2017 11:56
  • Nəşr edilib 20.05.2017 15:24

2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Portuqaliya Respublikası ilə

ticarət əlaqələri haqqında

 

2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Portuqaliya Respublikası ilə ticarət dövriyyəsinin həcmi 352,62 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 7,33 mln. ABŞ dolları, ixracın həcmi 345,29 mln. ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 337,96 mln. ABŞ dolları olmuşdur.

2017-ci ilin yanvar-sentyabr aylarında Portuqaliya Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 2,46 faiz, o cümlədən idxalda 0,12 faiz, ixracda isə 4,24 faiz təşkil etmişdir.

2016-cı ilin müvafiq dövrü ilə müqayisədə, 2017-ci ilin yanvar-sentyabr aylarında Portuqaliya Respublikası ilə ticarət dövriyyəsi 67,77 faiz, o cümlədən ixrac 71,50 faiz artmışdır.

Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

← Geriyə