2013

  • Yenilənib 10.02.2014 13:07
  • Yaradılıb 04.05.2013 06:58

2013-cü ildə Azərbaycan Respublikasının Portuqaliya Respublikası ilə

ticarət əlaqələri

 

2013-cü ildə Azərbaycan Respublikasının Portuqaliya Respublikası ilə ticarət dövriyyəsinin həcmi 528,20 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 2,44 mln. ABŞ dolları, ixracın həcmi 525,76 mln. ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 523,32 mln. ABŞ dolları olmuşdur.
2013-cü ildə Portuqaliya Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 1,52 faiz, o cümlədən idxalda 0,02 faiz, ixracda isə 2,19 faiz təşkil etmişdir.
2012-ci illə müqayisədə, 2013-cü ildə Portuqaliya Respublikası ilə ticarət dövriyyəsi 2,15 dəfə, o cümlədən ixrac 2,16 dəfə çox olmuş, idxal isə 16,15 faiz azalmışdır.

Portuqaliya-2013

Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

 

← Geriyə