Xəbərlər

  • Yenilənib 20.04.2021 10:44
  • Yaradılıb 17.04.2021 10:55

Nazirlik əməkdaşlarının vaksinasiyası davam edir

 

Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyinin təşəbbüsü və TƏBİB-in təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində COVİD-19 əleyhinə səyyar vaksinasiya məntəqəsi təşkil edilib və Nazirliyin könüllü olaraq peyvənd olunmaq istəyən əməkdaşları üçün hər cür şərait yaradılıb.

Bu həftə ərzində Nazirliyin və tabeliyindəki qurumların 1700-ə  yaxın əməkdaşı vaksinasiya üçün müraciət edib.

Ümumilikdə isə, koronavirus infeksiyasına qarşı vaksinasiya başlayandan indiyədək İqtisadiyyat Nazirliyinin və tabeliyindəki qurumların 3100-dən çox əməkdaşı peyvənd olunub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, İqtisadiyyat Nazirliyi və tabeliyindəki qurumların əməkdaşlarının koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi mərhələli şəkildə davam etdirilir.

← Geriyə