Xəbərlər

  • Yenilənib 11.10.2021 10:46
  • Yaradılıb 07.10.2021 14:35

Macarıstanda işgüzar görüşlər keçirilib

 

Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi Macarıstanın ticarət və investisiya təşkilatları, müxtəlif Avropa ölkələrindən olan alıcı şirkətlərlə görüşlər keçirib, “Stamegna Network – Central and Eastern European Food and Beverages” adlı B2B platformada iştirak edib.

Macarıstan Ticarət və Sənaye Palatası (MKİK), Macarıstan İxracın Təşviqi Agentliyinin nümayəndələri ilə görüşlərdə Azərbaycan-Macarıstan ticarət əlaqələrinin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Qarşı tərəfə Azərbaycanın investisiya, nəqliyyat-logistika imkanları, sənaye zonaları və burada investorlar üçün tətbiq edilən güzəştlər, Ələt Azad İqtisadi Zonası, həmçinin Varşavadakı “Azərbaycan Ticarət Evi”nin fəaliyyəti barədə məlumat verilib.

“Stamegna Network – Central and Eastern European Food and Beverages” B2B platforma çərçivəsində Macarıstan, İtaliya və Ukrayna şirkətlərinin nümayəndələri ilə görüşlər keçirilib, iştirakçılara “Made in Azerbaijan” brendli məhsullar haqqında kataloq təqdim edilib, Azərbaycan məhsullarının bu şirkətlər vasitəsilə satış imkanları müzakirə olunub.

← Geriyə