Xəbərlər

  • Yenilənib 15.10.2020 18:04
  • Yaradılıb 15.10.2020 18:15

Koronavirusa qarşı mübarizə tədbirləri gücləndirilməlidir

 

Bu günlər rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı düşmən işğalından azad edir, əsl qəhrəmanlıq tarixi yazır.

Belə bir şəraitdə bütün vətəndaşlarımız daha məsuliyyətli olmalı, “gözəgörünməz düşmən” olan koronavirus təhlükəsini də diqqətdən qaçırmamalıdır. Son günlərdə virusa yoluxanların sayının kəskin surətdə artması bu təhlükənin nə qədər ciddi olduğunu deməyə əsas verir. Bu gün hər birimiz əsgərik. Həm torpaqlarımızın azadlığı uğrunda aparılan döyüşlərdə, həm də arxa cəbhədə.

Odur ki, ön cəbhədə olduğu kimi, koronavirusa qarşı mübarizədə də bir olmalı, birlikdə mübarizə aparmalıyıq. Yolu isə çox sadədir – müəyyən olunmuş qayda və tələblərə əməl etmək!

Təəssüf ki, bəzi vətəndaşlar zəruri qayda və tələblərə əməl etmir, sahibkarlıq subyektləri isə infeksiyanın yayılmasının qarşısının alınması tədbirlərinə nəzarəti azaldırlar.

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə 12-14 oktyabr tarixlərində keçirilən monitorinqlər zamanı Xətai rayonunda “Ucuzluq univermaq”da, “Gəncə şirniyyat dükanı”nda, “Supertoys”, “Osmanlı makina-2” mağazalarında, Nəsimi rayonunda "Jojo" qadın geyimləri mağazası”nda, “Sünbül market”də, “CFF ayaqqabı mağazası”nda, “İstanbul mall”da, “Babetty baby” mağazasında, Binəqədi rayonunda “Nar market”də, “Səfastore market”də, “Lala butik” mağazasında, “Bolmart market”də, “Azərmotors mağazası”nda, “Elit market”də, “Rahat market”də “Oba market”də, Səbail rayonunda “Old city market”də, “Nömrə 1 market”də, “Entree restoranı”nda, “E dental klinika”da, Nərimanov rayonunda "Ekonom market”də, “Kənan inşaat” mağazasında, “Nəqşicahan parket”, “Nəriman inşaat”, “Cake&bake” pərakəndə ticarət obyektlərində, Yasamal rayonunda “Roseland gül mağazası”nda, “Yadigar market”də, Sabunçu rayonunda Elminə Kazımovaya, Elman Nəbiyevə məxsus mağazalarda, Nizami rayonunda “Erres paltar mağazası”nda, “Zövq qarışıq mallar mağazası”nda, "Ağ çiçəyim mağazası”nda, “Kenquru usaq geyimləri” pərakəndə ticarət obyektində, Qaradağ rayonunda “Bonus market”də, “Kingsmart super market”də, "Dokta" MMC-yə məxsus “Aptek”də, Xəzər rayonunda “Vaqus geyim” mağazasında, Suraxanı rayonunda “Al market”də, Zahir Abbasova məxsus mağazada, Sumqayıt şəhərində “Hiper ərzaq mağazası”nda, Qamiddin Hacəliyevə, Elnur Abduləzimova, Samir Qəhrəmanova məxsus mağazalarda, “Əziz-boya” MMC-yə məxsus “Boya istehsalı sexi”ndə, Şəki şəhərində “Sahibkar mağaza”da, “Elvin qızıl mağazası”nda, “İslam market”də, Abşeron rayonunda “Abşeron market”də, “Şok market”də, “AS” market”də, Natiq Şəfiyevə məxsus pərakəndə ticarət obyektində, Aydın Cavadova məxsus quşçuluq fermasında, Cəlilabad rayonunda Davud Kərimova məxsus tikinti materialları mağazasında, Şəmkir rayonunda “Sənaye malları mağazası”nda, Bəxtiyar Alırzayevə, Rüstəm Qasımova məxsus pərakəndə ticarət obyektlərində, Sabirabad rayonunda Rauf Mirzəliyevə, Məmmədbağır Bağırova, Məcnun Vəliyevə, Nazim İbrahimova məxsus mağazalarda, Quba rayonunda Rüstəm Qasımova, Mövlud Məmmədova, Mübariz Aslanova məxsus mağazalarda, ümumilikdə 204 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

← Geriyə