Xəbərlər

  • Yenilənib 09.09.2021 16:00
  • Yaradılıb 06.09.2021 17:05

Kobmarket.az onlayn alış-veriş platforması tərəfindən yeni kampaniya

 

Sentyabrın 6-dan etibarən www.kobmarket.az portalı üzərindən alınan bütün məhsulların Bakı şəhəri üzrə çatdırılması pulsuz həyata keçiriləcək. Kampaniya oktyabrın 6-dək davam edəcəkdir.

Hazırda www.kobmarket.az portalında 80-ə yaxın onlayn mağaza fəaliyyət göstərir. Portala qida məhsulları, avadanlıqlar, məişət texnikası, təmizlik, təmir və tikinti məhsulları, geyim, suvenirlər, əl işləri, aksesuarlar, kitablar və dəftərxana ləvazimatları, musiqi alətləri və s. kimi 1100-dən çox məhsul yerləşdirilib.

Qeyd edək ki, sahibkarların, xüsusilə də mikro və kiçik biznes subyektlərinin məhsullarının onlayn satış imkanlarının genişləndirilməsi üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yaradılmış www.kobmarket.az ticarət platformasına qoşulmaq istəyən sahibkarlar portalda qeydiyyatdan keçməklə onlayn mağazalarını yarada və satış imkanlarını artıra bilərlər.

← Geriyə