Xəbərlər

  • Yenilənib 01.09.2021 11:20
  • Yaradılıb 30.08.2021 19:00

“KOB növbə” tətbiqi ilə sahibkarlar vaxta qənaət edir

 

Yevlax və Xaçmaz KOB evlərinin xidmətlərindən istifadə etmək istəyən sahibkarlar mərkəzlərə gəlmədən onlayn növbə əldə etməklə, vaxta qənaət edə bilərlər. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Yevlax, Xaçmaz və ətraf regionlarda fəaliyyət göstərən sahibkarları bu məqsədlə yaradılmış “KOB növbə” tətbiqindən yararlanmağa dəvət edir.

Sahibkarlar “KOB növbə” tətbiqini “Android” (“GooglePlay”) əməliyyat sistemləri ilə çalışan mobil qurğular üzərindən yükləyə bilərlər. (https://play.google.com/store/apps/details?id=aze.asanx.kob_queue).

 “KOB növbə” tətbiqi sahibkarlara KOB evlərində olan növbə sayı və növbənin bitmə vaxtını izləməyə imkan verir ki, bu da sahibkarların vaxt itkisinin qarşısını alır.

 Qeyd edək ki, 2021-ci ilin I yarısında Xaçmaz və Yevlax KOB evlərində sahibkarlara 15276 dövlət-biznes (“G2B”) və 1004 biznes-biznes (“B2B”) olmaqla, ümumilikdə 16280 xidmət göstərilib. Hazırda KOB evlərinin hər birində sahibkarlara 20-yə yaxın dövlət və özəl qurumlar tərəfindən 200-dən çox “G2B” və “B2B” xidmətlər göstərilir. Ətraflı məlumat üçün: https://bit.ly/3xhY4rs

← Geriyə