Beynəlxalq donorlar

  • Yenilənib 27.08.2020 12:46
  • Yaradılıb 14.04.2015 11:44

Almaniya İnkişaf Bankı

 

Kreditanstalt für Wiederaufbau (KfW) – “Bərpa üzrə Kredit İnstitutu” 1948-ci ildə təsis edilmiş və iqtisadi və sosial şəraitin yaxşılaşdırılması, yoxsulluğun azaldılması, təbii sərvətlərin mühafizəsi və dünyada sülhün təmin olunması istiqamətində investisiya və məsləhətçi xidmətlərin göstərilməsi vasitəsilə yerli hökumət və özəl sektorla əməkdaşlığı həyata keçirir. Bankın səhmlərinin 80%-i Almaniya Hökumətinə məxsusdur. Bank Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) adından fəaliyyət göstərir. Qrant və texniki yardımlarla yanaşı KfW həmçinin digər Avropa ölkələrinin banklarına iri həcmli kreditlərin ayrılması ilə də məşğul olur.

Baş ofisi Almaniyanın Frankfurt şəhərində yerləşir. KfW-nin İdarə Heyətinin sədri 2008-ci ildən Ulrix Şröderdir. KfW Bankı dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərir. Bank əsasən sosial-iqtisadi infrastruktur (enerji təchizatı, nəqliyyat, telekommunikasiya), kənd təsərrüfatı və resursların mühafizəsi, kiçik və orta müəssisələrin kreditlə təmin olunması sahələrində fəaliyyət göstərir. KfW Bankı Azərbaycanla 1994-ci ildən əməkdaşlıq etməyə başlamışdır. 1998-ci ildən isə bankın Azərbaycanda daimi nümayəndəliyi fəaliyyət göstərir.

Hazırkı dövrə qədər KfW Azərbaycanda müxtəlif investisiya layihələrinin maliyyələşdirilməsi və məsləhət xidmətlərinin göstərilməsini həyata keçirmişdir.

← Geriyə