2013

  • Yenilənib 10.02.2014 08:04
  • Yaradılıb 03.05.2013 04:44

2013-cü ildə Azərbaycan Respublikasının İtaliya Respublikası ilə

ticarət əlaqələri

 

2013-cü ildə Azərbaycan Respublikasının İtaliya Respublikası ilə ticarət dövriyyəsinin həcmi 6.238,92 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 249,26 mln. ABŞ dolları, ixracın həcmi 5.989,66 mln. ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 5.740,40 mln. ABŞ dolları olmuşdur.
2013-cü ildə İtaliya Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 17,99 faiz, o cümlədən idxalda 2,33 faiz, ixracda isə 24,98 faiz təşkil etmişdir.
2012-ci il ilə müqayisədə, 2013-cü ildə İtaliya Respublikası ilə ticarət dövriyyəsi 7,39 faiz, o cümlədən ixrac 7,96 faiz artmış, idxal isə 4,76 faiz azalmışdır.

Italiya-2013

Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

 

← Geriyə