2012

  • Yenilənib 24.02.2013 16:42
  • Yaradılıb 26.11.2012 07:34

 2012-ci ildə Azərbaycan Respublikasının İsrail Dövləti ilə

ticarət əlaqələri haqqında 

 

2012-ci ildə Azərbaycan Respublikasının İsrail Dövləti ilə ticarət dövriyyəsinin həcmi 1.728,21 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 61,59 mln. ABŞ dolları, ixracın həcmi 1.666,62 mln. ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 1.605,03 mln. ABŞ dolları olmuşdur.
2012-ci ildə İsrailin Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 5,15 faiz, o cümlədən idxalda 0,64 faiz, ixracda isə 6,97 faiz təşkil etmişdir.
2011-ci illə müqayisədə, 2012-ci ildə İsrail ilə ticarət dövriyyəsi 2,02 dəfə, o cümlədən ixrac 2,04 dəfə çox olmuş, idxal isə 63,96 faiz artmışdır.

israel-2012

 Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi 

 

 

← Geriyə