2012

  • Yenilənib 22.02.2013 15:12
  • Yaradılıb 26.11.2012 07:28

2012-ci ildə Azərbaycan Respublikasının İraq Respublikası ilə

ticarət əlaqələri haqqında

 

2012-ci ildə Azərbaycan Respublikasının İraq Respublikası ilə ticarət dövriyyəsinin həcmi 418,75 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 0,32 mln. ABŞ dolları, ixracın həcmi 418,43 mln. ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 418,11 mln. ABŞ dolları olmuşdur.
2012-ci ildə İraqın Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 1,25 faiz, o cümlədən idxalda 0,003 faiz, ixracda isə 1,75 faiz təşkil etmişdir.
2011-ci illə müqayisədə, 2012-ci ildə İraq ilə ticarət dövriyyəsi 4,21 dəfə, o cümlədən ixrac 4,22 dəfə çox olmuşdur.

iraq-2012

Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

 

← Geriyə