Sahibkarlığa dəstək

  • Yenilənib 23.11.2021 12:54
  • Yaradılıb 25.09.2012 07:47

Sahibkarların investisiya təminatının gücləndirilməsi

 

Azərbaycan İnvestisiya Şirkəti ASC Prezidentin müvafiq Sərəncamı ilə 2006-cı ildə yaradılıb. AİŞ-in bütün payları Azərbaycan Respublikası dövlətinə məxsusdur.

Şirkət İqtisadiyyat  nazirinin sədrliyi ilə Müşahidə Şurası tərəfindən idarə edilir. AİŞ-in başlıca iqtisadi məqsədi Azərbaycan Respublikasının qeyri-neft sektoruna kapital investisiyalarının yatırılmasıdır.

Azərbaycan İnvestisiya Şirkətinin əsas prioritetləri:

- Azərbaycanda həyata keçirilən əlverişli layihələrə investisiya qoymaq;

- Birbaşa investisiyalar, istedad və texnologiyaların Azərbaycana cəlb edilməsi üzrə katalizator olmaq;

- Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfə vermək;

- Azərbaycan iqtisadiyyatının inkişafına, habelə iqtisadi diversifikasiya və idxal əvəzləyici proseslərə dəstək vermək;

- Rəqabətqabiliyyətli və əlavə dəyər yaradan, xüsusilə ixracyönümlü və ya idxal əvəzləyici layihələrdə iştirak;

- Ölkə iqtisadiyyatının inkişafına töhfə vermək;

- Sahibkarlığın inkişafına təkan vermək;

- Azərbaycan Respublikasına xarici investorları cəlb etmək.

Şirkətə müraciət edən sahibkarlara Dövlət dəstəyində; yerli və xarici investorların layihəyə cəlb edilməsində; bazar araşdırmalarında; ən qabaqcıl beynəlxalq korporativ idarəetmə təcrübələrinin tətbiqində və risklərin  bölüşdürülməsində köməklik göstərilir.

Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumatı şirkətin www.aic.az internet səhifəsindən əldə edə bilərsiniz.

← Geriyə