Azərbaycan beynəlxalq hesabatlarda

  • Yenilənib 21.01.2022 01:32
  • Yaradılıb 01.10.2012 12:13

Azərbaycan beynəlxalq hesabatlarda

 

Dünyanın ən böyük beyin mərkəzlərindən olan İrs Fondu tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında Azərbaycan irəliləyiş əldə edib. Ölkəmiz hesabatda dünya reytinqində əvvəlki hesabat ili ilə müqayisədə 6 pillə irəliləyərək 178 ölkə arasında 38-ci yerə, regional reytinqdə – Avropa regionu üzrə əvvəlki hesabat ili ilə müqayisədə 1 pillə irəliləyərək 45 ölkə arasında 23-cü yerə yüksəlib. Bununla yanaşı, Azərbaycan hesabatda dünya üzrə orta göstəricidən (61,6 bal) yuxarı və Avropa regionu üzrə orta göstəriciyə bərabər nəticə əldə edərək 70,1 bal qazanıb.

Dünya İqtisadi Forumu tərəfindən 2019-cu ildə nəşr edilən “Qlobal Rəqabətlilik İndeksi”ndə Azərbaycan 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci mövqedə qərarlaşıb. Hesabatın son nəşrinə əsasən, Azərbaycan 12 indikatordan 8-i üzrə irəliləyərək MDB ölkələri arasında lider mövqelər sırasında yerləşib. Həmçinin ölkəmiz bu hesabatda Cənubi Qafqaz regionunda birincidir.

“Qlobal İnnovasiya İndeksi” hesabatında əvvəlki hesabat ili ilə müqayisədə Azərbaycan ümumi reytinq sıralamasında 2 pillə irəliləyərək 132 ölkə arasında 80-ci olub. Həmin hesabatda Azərbaycan müxtəlif gəlir səviyyələrində innovasiya performansına görə “Yuxarı orta gəlir qrupu”na (upper middle-income group economies) aid edilib.

https://azranking.az/

← Geriyə