2012-ci ildə sənayenin əsas göstəriciləri
2012-ci ildə ölkədə sənaye müəssisələri tərəfindən 33945.6 milyon manatlıq məhsul istehsal olunmuşdur. Sənaye məhsulunun 75.4%-i və ya 25609.8 mln. manatı mədənçıxarma, 18.9%-i və ya 6423.8 mln. manatı emal, 5.1 %-i və ya 1720.9 mln.manatı elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0.6%-i və ya 191.2 mln. manatı su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində istehsal edilmişdir. Sənayenin ümumi buraxılışında qeyri-neft sənayesinin xüsusi çəkisi 19.2% olmaqla 6518.6 mln. manat təşkil etmişdir.
Qrafik 1. Sənaye sahələrində məhsul istehsalı (faizlə)
Emal sənayesi. 2012-ci ildə emal sənayesində 6423.8 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 5.4% çox məhsul istehsal olunmuşdur. Emal sənayesində qeyri-neft məhsulları istehsalının xüsusi çəkisi 69.2% və ya 4444.9 mln. manat olmuşdur.
Cədvəl 1. Emal sənayesi
Emal sənayesinin sahələri |
faktiki qiymətlə (milyon manat) |
əvvəlki ilin müvafiq dövrünə nisbətən, |
Cəmi |
6423.8 |
105.4 |
Qida məhsullarının istehsalı |
2482.0 |
103.1 |
İçki istehsalı |
159.6 |
110.0 |
Toxuculuq sənayesi |
58.0 |
1.6df. |
Geyim istehsalı |
38.4 |
118.5 |
Dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı |
15.6 |
1.5df. |
Poliqrafiya fəaliyyəti |
30.1 |
1.8df. |
Neft məhsullarının istehsalı |
1978.9 |
95.5 |
Rezin və plastmas məmulatlarının istehsalı |
63.2 |
2.3df. |
Tikinti məmulatlarının istehsalı |
315.0 |
116.8 |
Metallurgiya sənayesi |
319.7 |
115.9 |
Hazır metal məmulatlarının istehsalı |
119.6 |
1.4df. |
Kompüter və digər elektron avadanlıqların istehsalı |
88.2 |
130.2 |
Elektrik avadanlıqlarının istehsalı |
242.3 |
1.7df. |
Sair nəqliyyat vasitələrinin istehsalı |
12.7 |
123.8 |
Mebel istehsalı |
46.8 |
2.2df. |
Maşın və avadanlıqların quraşdırılması və təmiri |
122.8 |
139.2 |
*Müqayisəli qiymətlərlə
2012-ci il ərzində emal sənayesində məhsul buraxılışının strukturunda ən yüksək xüsusi çəkiyə malik alt sahələr qida məhsullarının istehsalı (38.6%), neft məhsullarının istehsalı (30.8%), metallurgiya sənayesi (5%), tikinti məmulatlarının istehsalı (4.9%), elektrik avadanlıqlarının istehsalı (3.8%), içki istehsalı (2.5%), kimya sənayesi (2.4%), maşın və avadanlıqların istehsalı (2.1%) sahələri olmuş, digər 16 alt sahənin birgə xüsusi çəkisi isə 9.9% təşkil etmişdir.
Qeyd olunan dövr ərzində emal sənayesində müqayisəli qiymətlərlə məhsul istehsalının artdığı sahələr qida məhsullarının istehsalı (3.1%), metallurgiya sənayesi (15.9%), tikinti məmulatlarının istehsalı (16.8%), elektrik avadanlıqlarının istehsalı (1.7 dəfə), içki istehsalı (10%), maşın və avadanlıqların quraşdırılması və təmiri (39.2%), hazır metal məmulatlarının istehsalı (1.4 dəfə), kompüter və digər elektron avadanlıqların istehsalı (30.2%), rezin və plastmas məmulatlarının istehsalı (2.3 dəfə), toxuculuq sənayesi (1.6 dəfə), mebel istehsalı (2.2 dəfə), geyim istehsalı (18.5%), dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı (1.5 dəfə) sahələri olmuşdur.
Sənaye məhsulunun ümumi buraxılışının 88.1%-i və ya 29907.5 milyon manatı Bakı şəhərində, 11.9%-i və ya 4038.1 milyon manatı isə digər iqtisadi rayonlarda istehsal olunmuşdur. Bakı istisna olmaqla, regionlar üzrə istehsal olunmuş sənaye məhsulunun 20%-i Aran iqtisadi rayonunun, 12.9%-i isə Abşeron iqtisadi rayonunun, 7.9%-i Gəncə-Qazax iqtisadi rayonunun, 3.1%-i Naxçıvan iqtisadi rayonunun, 56.1%-i isə digər iqtisadi rayonların payına düşmüşdür.