Xəbərlər

  • Yaradılıb 14.03.2019 14:39
  • Yenilənib 14.03.2019 14:40
  • Nəşr edilib 14.03.2019 14:00

İqtisadiyyat Nazirliyinin əməkdaşları arasında keçirilən şahmat turniri başa çatıb

 

Azərbaycan Şahmat Federasiyasında İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə İqtisadiyyat Nazirliyinin Aparatının və tabeliyindəki qurumların əməkdaşları arasında keçirilən şahmat turniri yekunlaşıb. 

Turnir Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmaqla Nazirliyin əməkdaşlarının asudə vaxtlarının səmərəli təşkili, zehni inkişafın və sağlam həyat tərzinin təbliği məqsədilə təşkil edilib.

Turnir  şahmat ustası Rəhim Qasımovun hakimliyi ilə İsveçrə sistemi əsasında keçirilib.

Yarışda 1-ci yerə Serqey Mustafin, 2-ci yerə Tünar Quluyeva, 3-cü yerə Fazil Alməmmədov, 4-cü yerə Səbuhi İsmayılov layiq görülüblər.

Gərgin zehni mübarizə şəraitində keçən turnirdə yüksək nəticələr göstərmiş qaliblər və iştirakçılar Fəxri Fərman və hədiyyələrlə təltif olunublar.

← Geriyə