Xəbərlər

  • Yenilənib 08.10.2021 13:11
  • Yaradılıb 06.10.2021 16:00

İqtisadiyyat Nazirliyində könüllü fəaliyyətinin təşkili davam etdirilir

 

İqtisadiyyat Nazirliyində növbəti könüllü fəaliyyəti təşkil edilir. Nazirlikdə könüllü fəaliyyəti ilə bağlı ərizələrin qəbulu 06 noyabr 2021-ci il tarixinədək davam edəcək.

Könüllülər sırasına qoşulmaq istəyən gənclər İqtisadiyyat Nazirliyinin www.economy.gov.az internet səhifəsində “Könüllü fəaliyyəti” bölməsinə daxil olmaqla elektron müraciət edə və ya CV-ni Nazirliyə (Bakı şəhəri, Heydər Əliyev prospekti, 155) təqdim edə bilərlər.

Nazirlikdə könüllü fəaliyyət müddəti 2 aydır. Könüllülərlə müqavilə müddəti tərəflərin qarşılıqlı razılığına uyğun olaraq uzadıla bilər. Könüllülük müddətini uğurla başa vuran gənclərə sertifikatlar veriləcək.

Əlavə məlumat almaq üçün: Pünhan Cəfərov, tel: 310-28-00, daxili 21-47; e-mail: punhan.cafarov@economy.gov.az

QeydMüraciət edən könüllülərin COVİD-19 pasportuna və ya COVİD-19-a qarşı immunitet sertifikatına malik olması mütləqdir.

← Geriyə