Xəbərlər

  • Yenilənib 22.06.2021 15:11
  • Yaradılıb 19.06.2021 10:30

İqtisadiyyat Nazirliyində görüş keçirilib

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri kimi səlahiyyət müddəti başa çatan xanım İvana Duarte ilə görüşüb.

Görüşdə AYİB-lə əlaqələrin inkişafına önəm verildiyi və səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Azərbaycanda fəaliyyətindən məmnunluğunu ifadə edən xanım İvana Duarte ölkəmizin iqtisadi perspektivlərinin əməkdaşlığın genişlənməsinə əlverişli şərait yaratdığını və AYİB-in dəstəyi ilə bir sıra layihələrin həyata keçirildiyini qeyd edib.

İqtisadiyyat naziri Azərbaycan-AYİB əlaqələrinin inkişafına töhfələrinə, reallaşdırılan layihə və təşəbbüslərə görə xanım İvana Duarteyə minnətdarlığını bildirib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

← Geriyə