Xəbərlər

  • Yenilənib 14.07.2021 22:25
  • Yaradılıb 10.07.2021 16:25

İqtisadiyyat Nazirliyi yanında İctimai şuranın üzvlüyünə seçkilərlə bağlı seçki komissiyası yaradılıb

 

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri və sahələri üzrə hüquqi aktların qəbulunda, ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsi ilə əlaqədar iqtisadiyyat nazirinin əmri ilə Nazirliyin yanında İctimai şuranın formalaşdırılması üçün seçkilərin təşkili və keçirilməsi məqsədilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.

Seçki komissiyasının ilk iclasında gündəlikdə duran məsələlər müzakirə olunmuş, o cümlədən İctimai şuranın üzvlərinin say həddi 11 nəfər müəyyən edilmiş, İctimai şuranın üzvlüyünə seçkilərin təşkili, namizədlərin irəli sürülməsi, seçkidə namizəd və ya təmsilçi (seçici) kimi iştirak edəcək vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin qeydiyyatı məsələlərinə baxılmışdır.

← Geriyə