Xəbərlər

  • Yenilənib 09.09.2021 18:47
  • Yaradılıb 09.09.2021 17:00

İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib

 

İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib.

İctimai Şura üzvlüyünə seçkilərin təşkili məqsədilə yaradılmış seçki komissiyasının sədri, İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Ayaz Əliyev Şuraya seçkilərin qaydalara uyğun təşkili üçün lazımi şəraitin yaradıldığını, seçkilərin ədalətli və şəffaf keçirildiyini diqqətə çatdırıb. Seçki komissiyasının sədri Şura üzvlərini təbrik edib, Nazirliklə əməkdaşlıqda uğurlar arzulayıb.

Sonra Şura üzvlərinin iştirakı ilə İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın sədrinin, sədr müavininin və katibinin seçilməsi üçün səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin Həmkarlar İttifaqını təmsil edən Ədalət Muradov sədr, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev sədr müavini, “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Fərhad Qaraşov isə katib seçilib.

Tədbirdə İctimai Şuranın reqlamentinin, Tədbirlər Planının hazırlanması, kommunikasiyasının qurulması, fəaliyyətinin nəticəyönümlülüyünün və hesabatlılığının təmin olunması və s. məsələlər barədə müzakirələr aparılıb.

← Geriyə