Xəbərlər

  • Yenilənib 22.06.2021 14:54
  • Yaradılıb 18.06.2021 19:00

İqtisadiyyat Nazirliyi və “Zorlu” Holdinq arasında Anlaşma Memorandumu imzalanıb

 

İyunun 18-də İqtisadiyyat Nazirliyi ilə “Zorlu” Holdinq arasında Anlaşma Memorandumu imzalanıb.

Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında möhkəm dostluq münasibətlərinin Türkiyə şirkətlərinin Azərbaycanda fəaliyyətinə, investisiyalar sahəsində əməkdaşlığa münbit şərait yaratdığını vurğulayıb. Bildirilib ki, qardaş Türkiyə Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrdəndir. İqtisadiyyat Nazirliyi və Zorlu Holdinq arasında imzalanan Memorandum investisiya tərəfdaşlığının genişlənməsinə əlavə imkanlar açır. Belə ki, “Zorlu” Holdinq tərəfindən Azərbaycan iqtisadiyyatının bir sıra sahələrinə, o cümlədən tekstil sənayesinə sərmayə qoyuluşu ilə layihələr icra olunacaq, bu layihələrin reallaşmasına İqtisadiyyat Nazirliyi lazımi dəstək göstərəcəkdir.

Tədbirdə reallaşdırlacaq layihələrin, yatırılacaq sərmayələrin ölkəmizə, iqtisadiyyatımıza fayda gətirəcəyinə, strateji tərəfdaşlıq səviyyəsində olan Azərbaycan və Türkiyə iqtisadi əlaqələrini daha da möhkəmləndirəcəyinə əminlik ifadə olunub.

“Zorlu” Holdinqin İdarə Heyətinin sədri Əhməd Nazif Zorlu rəhbərlik etdiyi şirkətin Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru üçün prioritet olan sahələrində irimiqyaslı layihələr həyata keçirəcəyindən məmnunluq və qürur hissi keçirdiyini bildirib, bu sahədə görüləcək işlər barədə məlumat verib. 

← Geriyə