Xəbərlər

  • Yaradılıb 11.04.2019 17:47
  • Yenilənib 23.04.2019 16:13
  • Nəşr edilib 22.04.2019 14:00

İqtisadiyyat Nazirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar orta ixtisas, bakalavr və magistratura pilləsində təhsil alan şəxslər arasında elmi məqalə müsabiqəsinə sənədlərin qəbulunu davam etdirir 

 

Müsabiqəyə təqdim ediləcək materiallar aşağıdakı mövzuda olmalıdır:

“Dünya ticarət sistemi və Azərbaycan: mövcud vəziyyət və inkişaf perspektivləri”.

Müsabiqədə hazırda orta ixtisas, bakalavr və magistratura pilləsində təhsil alan şəxslər iştirak edə bilərlər.

Müsabiqəyə təqdim ediləcək məqalələr 6 səhifədən az olmamalı (A4, Arial formatı, 12 yazı ölçüsü və 1,5 sətir aralığı), Azərbaycan və ingilis dillərinin birində təqdim edilməlidir.

Məqalələr 2019-cu ilin 30 aprel tarixinədək müəllifin şəxsiyyət vəsiqəsinin və müvafiq təhsil müəssisəsində təhsil almasına dair sənədinin elektron surəti ilə birlikdə elmar.haciyev@economy.gov.az ünvanına təqdim edilməlidir.

Təqdim olunmuş məqalələr İqtisadiyyat Nazirliyində yaradılmış Komissiya tərəfindən 10 may 2019-cu il tarixinədək qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaqdır.

Müsabiqə ilə bağlı əlavə məlumatı İqtisadiyyat Nazirliyindən almaq olar (Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84 (Hökumət Evi), 10-cu mərtəbə, 1029-cu otaq, tel: 012 310-28-00 (daxili 21-84) əlaqələndirici şəxs Elmar Hacıyev).

 

Müsabiqənin şərtləri ilə daha ətraflı tanış olun.

← Geriyə