2012

  • Yenilənib 15.02.2013 06:55
  • Yaradılıb 23.11.2012 12:40

2012-ci ildə Azərbaycan Respublikasının Gürcüstan ilə

ticarət əlaqələri haqqında

 

2012-ci ildə Azərbaycan Respublikasının Gürcüstan ilə ticarət dövriyyəsinin həcmi 700,65 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 129,93 mln. ABŞ dolları, ixracın həcmi 570,72 mln. ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 440,79 mln. ABŞ dolları olmuşdur.
2012-ci ildə Gürcüstanın Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 2,09 faiz, o cümlədən idxalda 1,35 faiz, ixracda isə 2,39 faiz təşkil etmişdir.
2011-ci il ilə müqayisədə, 2012-ci ildə Gürcüstan ilə ticarət dövriyyəsi 12,14 faiz, o cümlədən ixrac 6,62 faiz, idxal isə 45,18 faiz artmışdır.

gurcustan-2012

Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

 



← Geriyə