Beynəlxalq donorlar

  • Yenilənib 27.08.2020 12:41
  • Yaradılıb 01.10.2012 13:11

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti

 

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) 1 yanvar 2011-ci il tarixində 1975-ci ildən fəaliyyət göstərən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) bazasında yaradılmışdır. Baş ofisi Almaniyanın Eşborn şəhərində yerləşir. Rəhbəri 1 iyul 2012-ci il tarixindən Tanya Gönnerdir. GİZ Afrika, Asiya, Latın Amerikası, Aralıq dənizi ətrafı və Yaxın Şərq ölkələri, habelə Avropa, Qafqaz və Orta Asiya regionundakı 130 ölkədə fəaliyyət göstərir və 87 ölkədə nümayəndəliyə malikdir. GIZ Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi adından 1995-ci ildən indiyədək Azərbaycanla sıx əməkdaşlıq edir və Azərbaycanda GIZ-in layihə əlaqələndirmə ofisi 2007-ci ildən fəaliyyət göstərir. Təşkilatın ölkə üzrə direktoru Sonya Fonteyndir.

Hazırda GIZ tərəfindən Azərbaycanda əsasən İdarəetmə və iqtisadi inkişaf, Enerji və ətraf mühit, istiqamətlərini əhatə edən 7 layihə icra edilir.

 

GIZ tərəfindən Azərbaycanda həyata keçirilən layihələr:

1

Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi

Benefisiar: Ədliyyə Nazirliyi

Müddəti: 2018-2020

2

Cənubi Qafqazda yaxşı yerli özünüidarəetməyə dəstək

Benefisiar: Ədliyyə Nazirliyi,

Bələdiyyələrlə İş Mərkəzi

Müddəti: 2017-2020

3

Cənubi Qafqazda özəl sektorun inkişafı və texniki peşə təhsili və təlimi

Benefisiar: Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi

Müddəti: 2017-2023

4

Menecerlərin Təlimi Proqramı

Benefisiar: Kiçik və Orta Biznesin İnkişafı Agentliyi

Müddəti: 2009-2021

5

İsmayıllı, Qəbələ, Qax rayonlarında kənd təsərrüfatı və turizm sektorlarında dual peşə təhsili pilotlarının yaradılması

Benefisiar: Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi

Müddət: 2017-2020

6

Cənubi Qafqazda aztəminatlı məcburi köçkün və yerli əhalinin iqtisadi və sosial inkişafı

Benefisiar: Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu

Müddəti: 2017-2021

7

Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsinə məsləhət xidməti

Benefisiar: Əmlak Məsələləri Dövlət Xidməti

Müddəti: 2016-2020

← Geriyə