Xəbərlər

  • Yenilənib 24.07.2020 13:43
  • Yaradılıb 24.07.2020 13:40

Elektron ticarət sahəsində Rusiya ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb

 

Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyinin Biznes Klubunun təşəbbüsü ilə “Elektron ticarət: Azərbaycan və Rusiyanın ən yaxşı təcrübəsi” mövzusunda onlayn müzakirə keçirilib.

Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəsinin Aparatının, Azərbaycan Beynəlxalq Bankının, “Azexport.az” portalının təmsilçilərinin, Azərbaycan və Rusiya iş adamlarının iştirakı ilə keçirilən tədbirdə Ticarət nümayəndəsi Ruslan Əliyev  müasir dövrdə elektron ticarətin mal və xidmətlərin istehlakçılara çatdırılmasında artan rolunu qeyd edib, bu sahədə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Rusiya Federasiyasının Ticarət və Sənaye Palatasının elektron ticarətin inkişafı Şurasının sədri Aleksey Fyodorov Rusiyada elektron ticarət və onun inkişaf istiqamətlərindən danışıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament müdiri, “Azexport.az” portalının rəhbəri Ayxan Qadaşov portalın imkanları barədə məlumat verib.

Tədbir çərçivəsində iki ölkənin iş adamları arasında elektron ticarət sahəsində əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə edilib, suallar cavablandırılıb.

← Geriyə