Biznes inkubator

  • Yenilənib 29.03.2018 17:35
  • Yaradılıb 29.03.2018 17:30

“eazi START Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dəstəyi ilə tələbələrin yaradıcılığı və təşəbbüslərinin realizə edilməsi məqsədilə 2015-ci ildən fəaliyyət göstərir. “eazi START” adlı Mərkəz özündə startap məktəbini, ko-vorkinq məkanını və laboratoriyanı əhatə edir.

Startap məktəbində ilk olaraq ən kreativ tələbələrə startap, ixtiraçılıq və biznes haqqında ən əsas biliklərin verilməsi məqsədilə təlim aparılması üçün Ukrayna və İsraildən olan mütəxəssislərlə razılığa gəlinib. Məktəbə qeydiyyat 29 dekabr 2015-ci ildə başlanıb, iştirakla bağlı 247 nəfər müraciət edib. Seçim prosesi nəticəsində məktəbin ilkin mərhələsində iştirak üçün 100 nəfərin namizədliyi təsdiqlənib. Onlar arasında yerli tələbələrlə yanaşı, digər ali məktəblərin nümayəndələri, həmçinin əcnəbi vətəndaşlar da olub. 

Məqsəd və iş prinsipi:

Mövcud layihələr softver və hardver işlərini əhatə edir. Əsasən kompüter proqramları və mobil tətbiqlərlə bağlı olan layihələr həyata keçirilir. Mühəndislik işləri tələbələrin ixtiyarına verilmiş xüsusi laboratoriyada həyata keçirilir.

Startaplar üçün dəstək növləri

Ofis və emalatxana, texniki avadanlıq və virtual cloud,  mentorluq və biznes development.

Seçim kriteriyaları, seçim prosesi və sektorlar

Hardver və softver sahəsi üzrə qəbul olunan layihələr.

Qəbul prosesi 4 mərhələdə aparılır.

Əlaqələndirici şəxs:

Ağayev Camal  - Koordinator.

+994 55 753 19 35

djamalaghayev@gmail.com

← Geriyə