Xəbərlər

  • Yaradılıb 11.06.2019 16:41
  • Yenilənib 11.06.2019 16:41
  • Nəşr edilib 11.06.2019 16:00

       Daha 18 sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçəcək

 

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 18 sahibkar və menecerdən ibarət daha bir qrup təlim və istehsalat təcrübəsi keçmək üçün Almaniyaya gedib.

Turizm, nəqliyyat, inşaat, İKT və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən sahibkar və menecerlər 11 iyun-6 iyul tarixlərini əhatə edən ixtisasartırma kursu müddətində Almaniyanın Heydelberq şəhərində yerləşən “AHP-International” Tədris Mərkəzində təlim, müvafiq müəssisələrdə istehsalat təcrübəsi keçəcəklər. Bundan başqa, sahibkar və menecerlərin işgüzar əlaqələrinin qurulması və genişləndirilməsi üçün müxtəlif alman şirkətləri ilə görüşlərinin təşkili də nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində indiyədək 400-dən sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçib.

← Geriyə