Xəbərlər

  • Yenilənib 29.04.2021 16:55
  • Yaradılıb 26.04.2021 14:00

Çinin Çindao şəhərində “Azərbaycan Ticarət Evi” açılıb

 

İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanın Çindəki Səfirliyində Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə bu ölkənin Çindao şəhərində “Azərbaycan Ticarət Evi” açılıb.

Bununla əlaqədar keçirilmiş tədbirdə Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı, ticarət nümayəndəsi Teymur Nadiroğlu, Çin tərəfdən isə Çindao Şəhər Hökümətinin Daimi Komitəsinin üzvü Lyu Ciəncün iştirak edib.

Çindao şəhərində yerləşən Çin-Şanxay Əməkdaşlıq Təşkilatı Yerli İqtisadi və Ticarət Əməkdaşlığı Nümayişi Zonasında 245 kvadrat metr sahədə yerləşən “Azərbaycan Ticarət Evi”ndə ölkəmizdə istehsal olunan 45 növ məhsul nümayiş olunur, Azərbaycanın investisiya, nəqliyyat-tranzit və turizm potensialı təqdim edilir.

Bu Azərbaycanın Cində açılan 3-cü “Azərbaycan Ticarət Evi”dir.

← Geriyə