Xəbərlər

  • Yenilənib 03.09.2021 14:33
  • Yaradılıb 29.08.2021 14:00

Çin-Avrasiya Sərgisi başa çatıb

 

Çin Xalq Respublikasının Urumçi şəhərində keçirilən Çin-Avrasiya Sərgisi başa çatıb. Koronavirus pandemiyası ilə əlaqədar olaraq, sərgi bu il onlayn formatda təşkil edilib.

Azərbaycanın Çindəki ticarət nümayəndəsinin Aparatının təşkilatçılığı ilə vahid ölkə stendində təmsil olunan 25 Azərbaycan şirkətinin 200-dən çox çeşiddə məhsulu böyük maraqla qarşılanıb. Tədbir iştirakçılarına ölkəmizin biznes və investisiya imkanları, həmçinin kənd təsərrüfatı sahəsində istehsal olunan rəqabətqabiliyyətli məhsulları, həmçinin xalçalarımız barədə məlumat verilib. 

Tədbir çərçivəsində onlayn forum və ikitərəfli görüşlər keçirilib, əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. 

← Geriyə