Xəbərlər

  • Yenilənib 12.10.2021 09:40
  • Yaradılıb 07.10.2021 10:05

Bu ilin 9 ayında 195-2 Çağrı Mərkəzinə 19 minə yaxın müraciət daxil olub

 

Bu ilin yanvar-sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 18729 müraciət daxil olub. Müraciətlər əsasən, istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, investisiya təşviqi, lisenziyalaşdırma,  güzəştli kreditlərin verilməsi və Nazirliyin fəaliyyət istiqamətlərinə dair digər məsələlərlə bağlı olub.

Daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə İqtisadiyyat Nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.

Qeyd edək ki, 195-2 Çağrı Mərkəzi ilə stasionar və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan zənglər və 195-2 Çağrı Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

← Geriyə