2012

  • Yenilənib 19.02.2013 11:22
  • Yaradılıb 26.11.2012 05:52

2012-ci ildə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığı ilə

ticarət əlaqələri haqqında

 

2012-ci ildə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığı ilə ticarət dövriyyəsinin həcmi 822,85 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 496,19 mln. ABŞ dolları, ixracın həcmi isə 326,66 mln. ABŞ dolları təşkil etmişdir.
2012-ci ildə Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 2,45 faiz, o cümlədən idxalda 5,14 faiz, ixracda isə 1,37 faiz təşkil etmişdir.
2011-ci il ilə müqayisədə, 2012-ci ildə Böyük Britaniya və Şimali İrlandiya Krallığı ilə ticarət dövriyyəsi 64,04 faiz, o cümlədən idxal 2,15 faiz artmış, ixrac isə 20,58 dəfə çox olmuşdur.

bbsi-2012

Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

 

← Geriyə