Xəbərlər

  • Yenilənib 22.04.2021 17:54
  • Yaradılıb 21.04.2021 17:00

Bəzi sahibkarlıq subyektlərində zəruri qayda və tələblərə əməl edilmədiyi aşkar olunub

 

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə aprelin 20-də keçirdiyi monitorinqlər zamanı Sumqayıt şəhərində “Forte fashion”, “Tahiroğlu mebel”, “Gilan-Knauf inşaat materialları” mağazalarında, “Bərəkət market”də, “Mini market”də, “Natiq gözəllik salonu”nda, ümumilikdə, 18 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

← Geriyə