Biznes inkubator

  • Yenilənib 29.03.2018 17:03
  • Yaradılıb 29.03.2018 17:00

“Baku Business Factory” biznes inkubasiya mərkəzi

 

"Baku Business Factory" (BBF) 2015-ci ilin may ayında təsis edilmişdir. Biznes yönümlü ideyalı gənclərin biznes təfəkkürlərinin inkişaf etdirilməsini və onlar üçün maddi bazanın təmin edilməsini kompleks şəkildə həyata keçirməklə ölkəmizdə yeni biznes vərdişlərinin formalaşmasına dəstək verir.

İnkubasiya Mərkəzinin yaradılmasında məqsəd və iş prinsipi

İqtisadiyyatın şaxələnməsi üçün qeyri-neft sahələrinin, o cümlədən kənd təsərrüfatı və yüksək texnologiyalar sahəsi üzrə innovativ layihələrin inkişafına dəstək göstərmək  üçün biznes ideyası olan gənclərin biznes təfəkkürünün inkişaf etdirilməsi və onlar üçün maddi bazanın təmin edilməsini kompleks şəkildə həyata keçirməklə ölkəmizdə yeni biznes vərdişlərini formalaşdırmaqdır.

Dəstək növləri

Startaplar iş üçün hər cür şəraitə malik ofislə təmin edilir, heç bir ödəniş etmədən ofisin bütün imkanlarından: mentor dəstəyi, reklam və PR, investisiya, iş stolu, görüş otaqları, istirahət otağı, internet, printer, skayner, resepşn, çay, kofe və sair xidmətlərdən istifadə edirlər. 

Seçim kriteriyaları:

Yaradıcı biznes ideyaları, gəlir gətirmə özəlliyi, ümumi qazanclılıq potensialı və s. kimi amillərə, komanda üzvlərinin fərdi bacarıq və təcrübələrinə, komanda disiplini və quruluşuna, qərarvermə mexanizmlərinə və biznesə yanaşma – komandanın biznes, müştəri, uğur və uğursuzluq kimi faktorlara yanaşmasına diqqət edilir.

Seçim prosesi:

Müraciət, ankətə baxılması, ilkin görüş, xülasənin hazırlanılması və seçim komissiyasına göndərilməsi, seçim komissiyasının ilkin qərarı, biznes planın hazırlanılması, nəzarət.

Sektorlar:

Qeyri-neft sahələrinə aid gəlir gətirən bütün layihələr, ticarət: topdan və pərakəndə satış, e-ticarət, xidmət, istehsal, texnolojik, kənd təsərrüfatı, qısa müddətli qazanc gətirəcək layihələr.

Əlaqələndirici şəxs, əlaqə nömrəsi və elektron poçt ünvanı

Rəşad Məmmədov - Layihə meneceri

Əlaqə nömrəsi 050 670 42 00

Email: rmammadov@bbf.az

Web: www.bbf.az

 

← Geriyə