Biznes inkubator

  • Yenilənib 04.04.2018 16:46
  • Yaradılıb 29.03.2018 17:05

Bakı Mühəndislik Universitetinin Texnoparkı

 

Bakı Mühəndislik Universiteti (BMU) Texnoparkının tərkibində fəaliyyət göstərir. İndiyə kimi isə 50-yə yaxın startap burada fəaliyyət göstərib və inkişafı üçün dəstək alıb. Hazırda İnkubasiya Mərkəzində 10 startap fəaliyyət göstərir.

İnkubasiya Mərkəzinin yaradılmasında məqsəd və iş prinsipi:

BMU, o cümlədən BMU Texnoparkda startap ekosisteminin formalaşdırılması və inkişafı; tələbə və müəllimlərin, eləcə də digər maraqlı tərəflərin biznes ideyalarının inkişafını təşviq etmək və dəstəkləmək üçün qurulub. İnkubasiya Mərkəzi əsasən Universitetin (o cümlədən BMU Texnoparkın)  iş prinsipləri ilə fəaliyyət göstərsə də, bazarın və isifadəçilərin, həmçinin maraqlı tərəflərin tələb və ehtiyaclarına uyğun yanaşmalara da açıqdır.

Qəbul olunan Startuplar üçün dəstək növləri:

Mentor, “network”, toxum investisiya və investor, ofis şəraiti (cihaz, internet, mebel və s.), laboratoriya, kitabxana, seminar və iclas salonları, xarici bazara çıxış imkanları, təlim və akademik dəstək xidmətləri, həmçinin BMU-nun sosial imkanlarından istifadə və s.

Seçim kriteriyaları, seçim prosesi və sektorlar:

Layihənin innovativliyi və təcrübi əhəmiyyəti, komandanın mövcudluğu və əzmkarlığı, iddianın əlavə dəyər formalaşdırma potensialı, bazara çıxış  potensialı və s.

İnkubasiya Mərkəzinə startapların cəlb olunması iki istiqamətdə aparılır:

1. Yeni Fikir startap müsabiqəsinin qaliblərinin inkişafı üçün təklif edilir;

2. Birbaşa müraciətlər əsasında startapların qəbulu.

Əlaqələndirici şəxs, əlaqə nömrəsi və elektron poçt ünvanı:

İsa Qasımov/ BMU Texnoparkı direktor müavini

+99412 349 99 66/67     +99455 768 02 45     iqasimov@beu.edu.az

 

← Geriyə