Biznes inkubator

  • Yenilənib 29.03.2018 17:24
  • Yaradılıb 29.03.2018 17:25

Bakcell APPLab   İnnovativ Mobil İnkişaf Mərkəzi

 

“Applab” innovativ mobil developer layihəsi 2014-cü ilin sentyabr ayında  gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri olan “Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində yaradılıb. Layihə çərçivəsində gənc developerlər Bakcell şirkətinin Sahil ofisində yerləşən; İnternetə pulsuz giriş, masa və təlim otağı ilə təchiz edilmiş yeni AppLab Mərkəzində çalışırlar. Məhsulları sınaqdan keçirmək üçün ən müasir cihazlardan istifadə etmək imkanına malikdirlər. Bununla yanaşı, gənc developerlər proqram təminatının işlənib hazırlanması prosesində Bakcell tərəfindən müxtəlif təlimlər, məsləhətlər və digər zəruri materaiallarla təmin olunurlar.

İnkubasiya Mərkəzinin yaradılmasında məqsəd və iş prinsipi - Bu layihənin məqsədi sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata keçirməsinə və Azərbaycan və beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mütərəqqi mobil tətbiqetmələr yaratmalarına kömək göstərən effektiv alətlərin təmin edilməsidir. “AppLab” ideyaların, mobil tətbiqetmələrin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir.

Qəbul olunan Startaplar üçün dəstək növləri  - Ofislə təmin olunma, 6 aylıq təlim planı, hər cür texniki dəstək və məsləhət, yerli və xarixi tədbirlərdə iştirak imkanları, investorlara görüş imkanı

Seçim kriteriyaları, seçim prosesi və sektorlar – “Applab” layihəsi ildə 2 dəfə ərizələrin qəbulu prosesini elan edir. Ərizəçilər applab.bakcell.com internet səhifəsində qeydiyyatdan keçməklə öz ideyalarını təqdim edirlər. Ərizələr ilkin mərhələdə PR və Korporativ Kommunikasiya Departamenti tərəfindən qiymətləndirilir. Layihələr ekspertlər tərəfindən məqsədəuyğunluq, innovasiya, realistik yanaşma, biznes modeli, təqdimat üsulu və komanda işi  kimi meyarlar əsasında qiymətləndirilir. Seçim prosesindən uğurla keçən layihələr 6 ay müddətində Applab Mərkəzində inkubasiya prosesi keçmək imkanı qazanırlar.

Əlaqələndirici şəxs, əlaqə nömrəsi və elektron poçt ünvanı – Süheylə Cəfərova, PR və Korporativ Kommunikasiya Departamentin rəhbəri, +994 555900737, suheylaj@bakcell.com; Orxan Babayev, Applokasiyaların inkişafı üzrə menecer, 0555900096, orkhanb@bakcell.com

 

← Geriyə