Xəbərlər

  • Yaradılıb 11.10.2018 10:48
  • Yenilənib 11.10.2018 16:19
  • Nəşr edilib 11.10.2018 10:45

AZPROMO-da sahibkarlarla görüş keçirilib

 

Oktyabrın 10-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İxracatçılar Klubunun növbəti iclası çərçivəsində Qablaşdırma Assosiasiyasının üzvləri ilə görüş keçirilib.

İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirov Azərbaycanda qeyri-neft məhsullarının istehsalı və ixracının artırılması, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, sahibkarları öz məhsullarının xarici bazarlarda tanıdılması məqsədi ilə “Made in Azerbaijan” brendinin təşviqi mexanizmlərindən yararlanmağa çağırıb.

    Zöhrab Qədirov Klub çərçivəsində sahibkarlar üçün yaradılan əlverişli imkanları diqqətə çatdırıb, ixaracatçıları kluba üzv olmağa dəvət edib.

Sonda “Made in Azerbaijan” brendinin təşviqi mexanizmləri, eləcə də İxracatçılar Klubunun fəaliyyəti bardə iş adamlarını maraqlandıran suallar cavablandırılıb.

← Geriyə