Xəbərlər

  • Yenilənib 30.07.2020 18:30
  • Yaradılıb 30.07.2020 18:30

“Azərsulfat” MMC - SKSP-da daha bir yeni rezident

 

Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - “Azərsulfat” MMC qeydiyyata alınıb və artıq Sənaye Parkının rezidentlərinin sayı 23-ə çatıb.

“Azərsulfat” MMC Sənaye Parkının ərazisində qabaqcıl texnologiyaların tətbiqi ilə sulfat turşusu istehsalı zavodu inşa edəcək. Layihənin investisiya dəyəri 10 mln. manatdan çoxdur.  

Müəssisədə  30-dan çox daimi iş yeri yaradılacaqdır.

İstehsal olunacaq sulfat turşusu daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac ediləcək.

← Geriyə